Xaçmazda yararsız ətlər məhv edilib

Müəllif: Redaktor

Editor

cbb605ab-b17e-408c-b107-b65f2a0adcf8Mayın 3-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhəri, Rəsul Rza küçəsi 35 saylı ünvanda yaşayan Ağayev Namiq Əmirağa oğlunun evinin həyətindəki soyuducuda hissələrə bölünmüş 720 kq miqdarında mənşəyinə və keyfiyyətinə dair baytarlıq sənədi olmayan ətlər aşkar olunub.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri aşkar olunmuş ətlərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürərək qida üçün yararlı olub-olmamasının, bakterioloji və biokimyəvi göstəricilərinin müəyyənləşdirilməsi məqsədi ilə Respublika Baytarlıq Laboratoriyasına (RBL) göndəriblər.

Laboratoriyanın ekspertizasına əsasən yoxlanılan 20 (iyirmi) nümunə heyvan ətində aparılan bakterioloji müayinə zamanı bakterioloji çirklənmə (BÇQB, stafilakokkus, aureus) aşkar olunub. Biokimyəvi müayinələr (pH, peroksidaza və göydaş reaksiyaları) zamanı isə ətlərin keyfiyyətsiz və baytarıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib. Eləcə də müayinə zamanı Xaçmaz rayonunda aşkar edilən ətlərin aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş iribuynuzlu heyvanların ətlərinin olması müəyyən edilib.

Laboratoriya müayinələrinin nəticəsinə uyğun qəbul edilmiş qərara müvafiq olaraq Xaçmaz rayonunda aşkarlanan və paytaxta gətirilən ətlər baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdiriləcək.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, aidiyyəti qurumlarla bu istiqamətdə lazımı bundan sonra da ardıcıl olaraq davam etdiriləcəkdir.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır