!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xaçmazda iki uşaq anası özünü asdı

!Reklam – Yazi

Xaçmaz rayonunda 34 yaşlı qadın intihar edib.

“Report”un məlumatına görə, hadisə Xaçmaz şəhərinin Qələbə küçəsi -7 ünvanında baş verib.

Belə ki, həmin ünvanda yaşayan 34 yaşlı Kəmalə Sərdar qızı Tağıyeva özünü yaşadığı evin qapısında oğlunun idman kəmərilə asıb.

Xaçmaz prokurorluğundan sayta bildirilib ki, qadının iki övladı olub. O, psixi durumu ilə bağlı həyat yoldaşından ayrılaraq ata evinə qayıdıbmış.

Hüquq-mühafizə orqanları hadisə yerində olub, meyit tibbi ekspertizadan keçirilib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda CM-nin 125 -ci maddəsilə cinayət işi açılıb.

Yenicag.az

www.yenicag.az

1011
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv