Xaçmazda qayınata gəlinini yaba ilə qətlə yetirib

Müəllif: Redaktor

Editor

qetl49Xaçmazda dəhşətli qətl törədilib.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Uzunoba kəndində qeydə alınıb. Kənd sakini, 1954-cü il təvəllüdlü Məlikməmməd Adıgözəlov sərxoş halda gəlini, 1984-cü il təvəllüdlü Rəmziyyə Əbdürrəhmanovanı yaba ilə çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

Hadisəni törədən M. Adıgözəlov saxlanılıb.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır