!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti ilə vida mərasimi keçirilir - SON DƏQİQƏ

!Reklam – Yazi

Bu dəqiqələrdə Təzə Pir məscidində xalq artisti Qəndab Quliyeva ilə vida mərasimi başlayıb.

Yenicag.az-a bu barədə mərhumun oğlu Hafiz Həmidov məlumat verib.

Vida mərasimində sənətkarın doğmaları, sənət dostları və pərəstişkarları iştirak edir.

Qeyd edək ki, Qəndab Quliyeva 1949-cu il avqust ayının 10-u Füzuli rayonunun Dilağarda kəndində anadan olub. 1976-1980-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində, 1991-1996-cı illərdə Azərbaycan Dövlət Musiqi və İncəsənət Universitetində təhsil alıb. 1981-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib.

Xalq artisti Binə kənd qəbiristanlığında, anasının yanında dəfn olunacaq.

Allah rəhmət eləsin.

Cəvahir
Yenicag.az

www.yenicag.az

970
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv