!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artistinin ayağı amputasiya olunub

!Reklam – Yazi

52493_pjmu9yspfeAzərbaycanın xalq artisti Muxtar Maniyevin ayağı amputasiya olunub.

M.Maniyevin xanımı Nəsibə Maniyevanın verdiyi məlumata görə, xalq artisti bu gün Elmi Cərrahiyyə Mərkəzində əməliyyat olunub:

“Əməliyyat sol ayağından olunub. Sol ayaq topuq nahiyəsindən amputasiya olunub. Bir müddət əvvəl barmağında qaralma var idi. Biz düşünürdük ki, ən pis halda barmaq kəsilər, amma mümkün olmadı. Həkimlər əməliyyatı vacib hesab etdilər. Əgər ayaq amputasiya olunmasaydı, qanda zəhərlənmə ola bilərdi, bu da yuxarı ətrafların sıradan çıxmasına gətirib çıxarardı”.

Həyat yoldaşı bildirib ki, M. Maniyev hazırda reanimasiyadadır:

“Ümid edirik ki, reanimasiyadan palataya yerləşdirilməsi çox çəkməyəcək. Baş həkimə də, həkimlərlə də danışmışıq, əllərindən nə gəlirsə, edirlər”.

Qeyd edək ki, M. Maniyev avqustun 6-da xəstəxanaya yerləşdirilib(APA).

www.yenicag.az

494
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv