www.sinerjipro.net

SinerjiProWide
Reklam

mnbnmbnmbjhMüslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti Şəfiqə Axundovanın 90 illiyinə həsr olunan yubiley tədbiri keçirilib.

Gecənin qonaqları tədbir başlamadan öncə foyedə xalq artistinə həsr olunan fotosərgi ilə tanış olublar. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, Şəfiqə Axundova Azərbaycan musiqisinin ustad novatorlarındandır: “Şəfiqə Axundova “Gəlin qayası” operası ilə öz adını mədəniyyət salnaməsinə Şərq aləmində opera yazan ilk qadın bəstəkar kimi həkk edib. Bu əsər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında özünə həmişə layiqli yer tutub”.

Nazir müavini qeyd edib ki, bəstəkar özünü musiqinin bütün janrlarında sınayıb və uğur qazanıb: “Bəstəkarın qəlbi daim vokal musiqisi ilə bağlı olub, yaradıcılığı boyu 600-dən çox mahnı bəstələyib. Bu mahnılar Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova, Zeynəb Xanlarova və digər populyar müğənnilərimizin repertuarlarında əsas yer tutub və bu gün də sevilə-sevilə ifa olunur”. Xatirə gecəsində Azərbaycan dövlət xalq çalğı alətləri orkestrinin ifasında bəstəkarın əsərləri səsləndirilib(qafqazinfo.az).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 63
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."