“Xalq prezidentə inamını bir daha təsdiq etdi” – QHT sədri

Müəllif: Redaktor

Editor

asfa

Dünən Azərbaycanda Konstitusiyada dəyişikliklər üzrə ümumxalq səsverməsi (referendum) keçirilib.

Dünən saat 08.00-da başlanan səsvermə saat 19.00-da başa çatıb. Vətəndaşlar 125 seçki dairəsi üzrə 5 627 seçki məntəqəsində səs verib, Konstitusiyanın 29 maddəsi üzrə təklif edilən dəyişikliklərə münasibətlərini bildiriblər. Azərbaycanda referendumu 18 beynəlxalq təşkilatın 117 müşahidəçisi izləyib.

Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov referendumun ölkə iqtisadiyyatının çevik idarəetmə mexanizminə keçidi baxımından mühüm mərhələ olduğunu dedi: “Xalqımız bir daha Prezident İlham Əliyevin yanında olduğunu, onun siyasətini dəstəklədiyini sübut etmiş oldu. Olduqca mühüm tarixi mərhələni yaşayırıq. Bu həm qürurverici, həm də məsuliyyətli dönəmdir. Hər dövrün öz siyasi və iqtisadi tələbləri var. Bu tələbləri qarşılamaq üçün innovativ idarəçilik mexanizmi qaçılmaz idi. Bu Referendum həm də gənclər üçün yeni imkanlar açacaq. Artıq yüksək potensiallı, sağlam əqidəli istənilən gənc dövlət idarəçiliyinə cəlb olunma imkanı qazanacaq. Hesab edirəm bu Ulu Öndər tərəfindən əsası qoyulan gənclər siyasətinin ən konstruktiv davamıdır. Lakin iş hələ indi başlayıb. Qarşıda bizi gərgin və məsuliyyətli dönəm gözləyir. Biz Prezidentə islahatlar zamanı dəstək olmalı, ölkəmizin daha da çiçəklənməsi yolunda əlimizdən gələni etməliyik.”

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır