!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq şairi Zəhranın qətlindən SARSILDI: “Özümə gələ bilmirəm”

!Reklam – Yazi

İyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində gülləyə tuş gələn 2 yaşlı Zəhranın ölümü hər kəsi hiddətləndirib.

Yenicag.az-a açıqlama verən Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qoca bu hadisədən sarsıldığını dilə gətirib:

“Bu xəbər məni çox sarsıtdı, hələ də özümə gələ bilmirəm. Ermənilərin vəhşicəsinə qətlə yetirdiyi bu körpənin günahı nə idi axı? Bu, insanlığın bitdiyi məqamdır. Heç kimin ixtiyarı yoxdur ki, körpə fidanlara atəş açsın, onları qanına qəltan eləsin. Bunun bir adı var: vəhşilik. İnsanlığa sığışmayan bu hərəkət insanlığa olan inamı da itirir. Bütün dünya bu xəbəri eşitməlidir, erməni vəhşiliyindən xəbərdar olmalıdır. Bu barədə susmaq yox, hayqırmaq lazımdır”.

Cəvahir

Yenicag.az

www.yenicag.az

992
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv