Yazı İçi 468×60

610x380xceyhun.jpg.pagespeed.ic.a3bhxzX7tjÖtən 5 il ərzində başı qalmaqallardan açılmayan deputatlarımızdan biri də Ceyhun Osmanlı olub.

Fətullah Gülənin adamı olduğu xəbərinin üstündən az keçmədən, qəhrəmanımızın ABŞ kəşfiyyatına işləməsi xəbəri də gündəmə bomba kimi düşdü. Ceyhun Osmanlının Xədicə İsmayılın məlum səs yazısını hüquq-mühafizə orqanlarına təqdim etməsi xəbəri öz başının da ağrımasına səbəb oldu.

Ceyhun Osmanlının adı Fətullahçı, kəşfiyyatçı qalmaqalından sonra da milyonluq layihələr, 60 hektarlıq torpaq sahəsi və s. xəbərləri ilə mətbuatın və ictimaiyyətin gündəmdən düşməyib.

Ölkə.Az millət vəkillərinin ötən 5 il ərzində nələrlə yadda qaldığını araşdırmağa davam edir və yuxarıda qeyd edilənlərdən də anlaşıldığı kimi, bu günki qəhrəmanımız köhnə “İrəli”çi, bəzilərinə görə Fətullahçı, bəzilərinə görə qrandçı, biznesmen-deputat Ceyhun Osmanlıdır.

Xatırlayırsınızsa Gülən camaatının Türkiyədə və Azərbaycanda ifşası zamanı Ceyhun Osmanlının adı ilk sıralarda çəkilmişdi. Gülən camaatının adamı olması və xarici xüsusi xidmət orqanlarına işləməsi barədə xəbərlərin yayılmasından sonra Ceyhun Osmanlı MTN-ə çağırılaraq dindirildiyi xəbərləri mətbuatda öz əksini tapmışdı.

Gülən camaatı barədə qalmaqalın əsas fiquru heç şübhəsiz ki, Elnur Aslanovdur. Hətta Elnur Aslanovun Ceyhun Osmanlını millət vəkili “etdiyi” heç kəsə sirr deyil.

Ceyhun “Ceyms Bond” Osmanlı

Ceyhun Osmanlının deputatlığı dövründə ən yadda qalan “işlərindən” biri də Xədicə İsmayılın səs yazısını hüquq-mühafizə orqanlarına təqdim etməsidir. Haqqında ABŞ kəşfiyyatına işləməsi xəbərləri dolaşan millət vəkilinin bu hərəkəti bir çoxları tərəfindən deputatın kəşfiyyatçılıq bacarığının olması faktının təsdiqi kimi qiymətləndirilir. Bu hadisədən sonra Ceyhun Osmanlıya “Ceyms Bond” ləqəbi qoyulur.

Ceyhun Osmanlının adının “Gülən şəbəkəsi” qalmaqalında hallanmasında sonra 2010-cu il parlament seçkilərində 63 saylı 1-ci Sabirabad seçki dairəsində Ceyhun Osmanlının ən güclü rəqibi olmuş Azərbaycan Xalq Partiyası sədrinin birinci müavini Qiyas Sadıqov deputat haqqında qalmaqallı açıqlamalar vermişdi. Qiyas Sadıqovun sözlərinə görə, seçki ərəfəsində Sabirabad rayonuna çoxlu sayda Sabirabaddan olmayan “nurçu” gənclər gəlib təbliğata başlayıblar.

1 milyona 50 min adama kompüter öyrətmək, Xocalı Soyqırımı biznesi

Ceyhun Osmanlının qərbdən aldığı qrandların məbləğləri milyon dollarlarla olması və bu qrandlara hər dəfəsində əla don geyindirməsi uzun çəkmədi. Həmçinin hökumətdən Türkiyədə Azərbaycanın xüsusi günləri ilə bağlı aldığı qrandların aidiyyatı üzrə xərclənmədiyi də etdiyi tədbirlərin sönüklüyündən bəllidir.

Övladdan ataya hədiyyə

Ceyhun Osmanlı deputat olmağı ilə yanaşı, həm də biznesmendir. Millət vəkili Ağdaş rayonunun Kükəl kəndindən 60 hektar “kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı” torpaq sahəsi alıb. Həmin torpağı isə o dövr Göyçay Rayon İcra Hakimiyyətinin başçısının müavini olan atası Yunus Osmanlının adına rəsmiləşdirib.

Yol çəkən, əməliyyat etdirən deputat

Ceyhun Osmanlının deputat fəaliyyətinə gəldikdə, millət vəkili açıqlamasında bir çox insanları pulsuz əməliyyat, minlərlə insanı pulsuz müayinə və bir neçə kəndin yol məsələsini həll etdiyini bildirib.

Milli Məclisdə o qədər fəal olmayan deputat seçildiyi dairədə öz nümayəndəsinin olduğunu, seçicilərinin problemləri ilə maraqlandığını bildirir.

Bu qədər qalmaqaldan sonra Sabirabadlıların və yaxud yuxarı dairələrin Ceyhun Osmanlını yenidən Milli Məclisdə görmək istəyib-istəməyəcəkləri isə sual altındadır…

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 32
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."