Xanım deputat qətlə yetirildi

Müəllif: Redaktor

Editor

2604236250Böyük Britaniyada Leyboristlər Partiyasından seçilmiş 41 yaşlı xanım deputat Co Koks qətlə yetirilib.

AzVision.az BBC-ə istinadən xəbər verir ki, Koks ötən gün Birstall şəhərində hücuma məruz qalıb.

Naməlum şəxs deputata atəş açdıqdan sonra ona bir neçə bıçaq zərbəsi vurub. Yaralı deputat helikopterlə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, hadisə Koksun seçicilərlə görüş keçirdiyi zaman baş verib. Qətli törətməkdə şübhəli bilinən Tommi Meyr saxlanılıb.

Qətlin motivləri hələlik bəlli deyil. Faktla bağlı araşdırma aparılır.

 


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır