!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xanım deputat siqaretli fotosundan danışdı-AÇIQLAMA

!Reklam – Yazi

aytebvbNoyabrın 1-də keçiriləcək parlament seçkilərində 16 saylı Yasamal II Seçki Dairəsində mandat uğrunda mübarizə aparacaq Aytən Mustafayevanın ABŞ-ın Las-Veqas şəhərindəki kazinolardan birində əylənərkən çəkildiyi iddia edilən fotoları yayılıb.

Aytən Mustafayeva məsələ ilə bağlı Modern.az saytına açıqlama verib.

O bildirib ki, şəkillər montajdır: “Mən Las-Veqasda olmuşam. Amma kazinoda yox, konfransda. Lap kazinoda olsam belə, bunun heç kimə dəxli yoxdur. Mən o şəkli konfrans zamanı dəhlizdə çəkdirmişəm. Onlar isə montaj ediblər.

Yayılan fotolar və yazılanlar insanın şəxsi həyatına müdaxilədir. Seçkidən sonra şəxsən bu işlə məşğul olacağam”.

Xanım  namizəd  bütün bunları seçkiqabağı aparılan qara piar adlandırıb:

“Mübarizəni kişi kimi, doğru bir şəkildə aparmalıyıq. Mən bunu kişiliyə sığışdırılan bir hərəkət saymıram. Kişi qadına qarşı bu cür hərəkət etməz”.

Qeyd edək ki, bu dairə üzrə 10 nəfərin namizədliyi qeydə alınıb. Bunlar Fəxrəddin Babayev, Çingiz Bayramov, Şövqi Bunyatov, Elşən Həsənov, Xıdır İbrahimov, Kərim Tufan, Aytən Mustafayeva, Mütəllim Rəhimov, Taleh Şahsuvarlı, Nisəxanım Vəliyevadır.

1446222719-1-534 1446222727-2-228 1446222772-3-190

www.yenicag.az

547
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv