yenicag.az

Xanımı polisə rüşvət təklif edən səfir işdən çıxarıldı

Xanımı polisə rüşvət təklif edən səfir işdən çıxarıldı

Müəllif: Redaktor

Editor

image37Prezident İlham Əliyev Elman Hidayət oğlu Zeynalovun Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə İlqar Yusif oğlu Muxtarov Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında, eyni zamanda Kosta Rika Respublikasında, Qvatemala Respublikasında, Kolumbiya Respublikasında, Panama Respublikasında, Peru Respublikasında və Honduras Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Xatırladaq ki, Elman Zeynalov bir müddət əvvəl xanımının rüşvət qalmaqalı ilə gündəmə gəlmişdi. Belə ki, Xatırladaq ki, səfir xanımının sürücülük vəsiqəsi almaq üçün Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinin yerli müffətişliyinə heç bir izahat vermədən 500 avro rüşvət təklif etdiyi bildirilirdi. Latviyalı müffəttişlərin səfir xanımının bu davranışından şikayətçi olduğu və məsələ ilə bağlı həmin ölkədə cinayət işi açılması da yayılan məlumatlar sırasında idi..

Gündəm, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti