!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İŞİD-i 40 ölkə maliyyələşdirir – Putindən iddia

!Reklam – Yazi

Vladimir_Putin_150412_albom_4Rusiya prezidenti Vladimir Putin İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasını 40 ölkənin fiziki şəxslərinin maliyyələşdirdiyini bəyan edib. Rusiyanın lideri bunların arsında G20-yə daxil olan bəzi ölkələrin də olduğunu vurğulayıb.

Putin Antalyada başa çatan G20 sammitinin nəticələri ilə bağlı keçirilən brifinqdə deyib ki, həmkarları ilə terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı sübutlarını bölüşüb: “Biz həmkarlarımızla bu məsələni müzakirə etdik. Ümid edirəm ki, biz bundan sonra da terrorçuluğa qarşı olduqca vacib olan işimizi davam etdirəcəyik”.
Rusiya prezidenti terrorçuların qanunsuz neft satışının və bundan əldə etdikləri gəlirin də qarşısını almaq vacibdir: “Mən hətta həmkarlarımıza kosmosdan və təyyarədən bu qanunusuz ticarəti tamamilə əks etdirən görüntüləri də təqdim etdim”(modern).

www.yenicag.az

488
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv