!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xaricdə gizlin müalicə olunduğu deyilən Fuad Poladov: "Həkimlər diaqnozumu qoyub..." - ÖZƏL

!Reklam – Yazi

Xalq artisti, tanınmış aktyor Fuad Poladov çəkildiyi “Nazlı” filminin təqdimat mərasiminə gəlməyib. Yayılan məlumatlara görə, aktyor xarici ölkələrin birində müalicə olunur.

Sevilən aktyorla əlaqə saxladıq. Yeniçağ.az-a açıqlama verən xalq artisti hazırda müalicə olunduğunu dedi:

“Xaricdə müalicə almamışam, yalan söhbətdir. Bakıdakı xəstəxanaların birində müalicə olunuram. Səs tellərimdə problem yaranıb, amma artıq düzəlirəm. Həkimlərin dediyinə görə, xəstəlik əsəb və gərginlikdən yaranıb”.

Xalq artisti səhhətində yaranan problemə görə teatrdakı rollarını da təxirə saldığını bildirdi:

“Hələ ki teatra gedib-gəlmirəm, çünki səs tellərimi qoruyuram”.

 

Cəvahir Səlimqızı

Yeniçağ.az

www.yenicag.az

814
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv