!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Xarici" filmin treyleri yayımlandı: Baş rolda Ceki Çan - VİDEO

!Reklam – Yazi

Rejissoru Martin Kampbelin olduğu “Xarici” (“The Foreigner”) filmində baş rolları Ceki Çan, Pirs Brosnan, Orla Breydi, Saymon Kunç və digərləri canlandırıblar.

Yenicag.az-ın məlumatına görə, filmin premyerası bu ilin Sentyabr ayında baş tutacaq.

Öncə amerikalıları, daha sonra vyetnamlıları öldürmüş Vyetnam müharibəsi veteranı Quan (Ceki Çan), həbsdə olandan sonra öz ailəsi ilə birlikdə ölkədən qaçır. Lakin yolda onun iki qızı dəhşətli şəkildə vəfat edir.

Daha sonra o, yeganə qızı və həyat yoldaşı ilə birlikdə Londona köçərək orada sakit həyat tərzi sürməyə başlayırlar. Lakin günlərin birində baş verən terror hadisəsi nəticəsində Quanın yeganə qızı və həyat yoldaşı vəfat edir. Hökümətin bu məsələyə laqeyd yanaşdığını görən Quan, özü terrorçuları axtarıb məhv etmək qərarına gəlir.

Xaırladaq ki, Ceki Çan kino sənətində xidmətlərinə görə fəxri “Oskar” mükafatına layiq görülüb. Mükafatın təntənəli təqdimolunma mərasimi Los-Ancelesdə keçirilib.

Ceki Çan filmlərdə çəkilərkən bir çox tryukları kaskadyor olmadan, özü edirdi, bunun nəticəsində dəfələrlə xəsarət alıb. Honkonqda doğulan Ceki Çan 100-dən artıq filmdə baş rolda çəkilib. Aktyor özünün akrobatik döyüş üslubu və komikliyi ilə dünyada şöhrət qazanıb. O, həmçinin rejissor, prodüser, ssenarist və müğənni kimi özünü sınayıb.

Yenicag.az

www.yenicag.az

2557
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv