Xarici KİV nümayəndələri Cocuq Mərcanlıda

Müəllif: Redaktor

Editor

Bu gün Azərbaycanda akkreditə olunmuş bir qrup xarici Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin Cocuq Mərcanlıya səfəri təşkil olunub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. Səfər prezident İlham Əliyevin işğaldan azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncamdan irəli gələrək Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunub. Səfərdə 25 -30 nəfər olmaqla, “Associated Press, “Reuters” agentlikləri, Türkiyənin TRT kanalı, “Anadolu” xəbər agentliyi, İranın Azərbaycanda fəaliyyət göstərən media qurumları, Rusiyanın mətbuat orqanları, o cümlədən “RiA Novosti”, “İnterfax” və digər KİV nümayəndələri iştirak edir.

Səfər müddətində onlar Cocuq Mərcanlıda aparılan minalardan təmizlənmə fəaliyyəti ilə tanış olacaqlar, planlaşdırılan və görülən işlər barədə məlumat alacaqlar.

Yenicag.az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir