Xəbər saytına hücum olundu – Adil Rəcəbovun vasitəsi ilə…

Müəllif: Redaktor

Editor

109081-1Vətəninfo.az-da 09.12.2016-ci tarixdə “Azərbaycanda “Qafqaz İslam Əmirliyi” tipli qruplaşma təşkilatlanmağa-BAŞLAYIB” başlıqlı məlumatlı mənbələrə istinadən xəbər yayımlayıb.

Bu məlumatda qeyd edilirdi ki, Azərbaycanda din adı altında yeni qruplaşma yaranır və əmirləri də Adil Rəcəbov adlı təkfirçi-xavaricdir. Məlumatda vurğulanırdı ki, Adil Rəcəbov başqa mərhələyə başlamış və rayonlarda özünə və ideyasına tabe olanları seçir və təyin edir. Bakıda məscidlərdə də adamlarını gizlin təyin edir və onun ideyalarını din adı altında təbliğ edirlər. Mənbə qeyd edir ki, Adil Rəcəbovun dini zəmində qarşı durma,dindarların pozucu fəaliyyətlərə cəlb edilməsi üçün aşağakı radikal fikirləri təbliğ edir və etdirir.

1.Azərbaycan hakimiyyəti kafirdir

2.Azərbaycan darul kufr(küfr ölkəsidir)

3.Güclü olduğumuzda dövlətə qarşı üsyan etmək icazəlidir

4.Bizə qarşı olanları öldürməmək şərti ilə döymək olar.

5.Suriyada “Ceyşul İslam” silahlı dəstəsi düz yoldadır və cihad edir.”Ceyşul İslam” İslam qardaşlarımızdır.

Bu məlumatın yayılmasından sonra bu gün redaksiyamıza zəng eən şəxs yayılan məluamtla bağlı görüşmək istədiklərini bildirdi.Bizdə redaksiya olaraq istənilən zaman onkları dinləyə biləcəyimizi bəyan etdik.

Redaksiyamıza gələn Əliyev Anar adlı şəxs ilk olaraq özünü Abdullah kimi təqim etdi.

Ondan Adil Rəcəbovu hansı sifətlə təmsil etdiyini soruşduqda hər hansı bir açıqlama vermədi.Əksinə hədə-qorxu gəlməyə başaldı və yayılan məlumatla bağlı bizi Allaha tapşırdı.Hətta Adil Rəcəbovun adından burda iştirak etdiyini və lazım olsa onunla görüşə biləcəyimizi də bildirdi.Baş redaktorumuz Nahid Canbaxışlı isə redaksiyaya gələn şəxsin niyətli olduğunu görərək onu redaksiyanı tərk etməsini bildirdi.

Bundan sonra isə özünü Anar Əliyev kimi təqdim edən şəxs redaksiyadan çıxa-çıxa fotolar çəkməyə başladı.

Görünür Adil Rəcəbov bu şəxsi redaksiyanınn ünvanın öyrənməyə və redaksiyamıza qarşı təxribat həyata keçirmək məqsədi güdür.

Hüquq-mühafizə orqanlarına müraciət edirik ki, Adil Rəcəbovun redaksiyamıza göndərdiyi şəxs nəzarətə götürülsün.Belə dini quruplaşma üzvülərinin təxribatlara əl atacaqları şübhəsizdir.

 


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır