!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Xərçəngə yenilməyərək” adlı kampaniya keçirildi

!Reklam – Yazi

Ümumdünya Xərçənglə Mübarizə Günü ilə əlaqədar olaraq, sosial mediada “Xərçəngə yenilməyərək” adlı maraqlı kampaniya keçirilib.

Bu kampaniyanın təşkilatçısı Kəmalə Seyidovanın Yeniçağ.az-a verdiyi məlumata görə, “Xərçəngə yenilməyərək” adlı sosial layihənin əsas məqsədi yaşından, cinsindən və onkoloji diaqnozundan asılı olmayaraq, xərçənglə mübarizədə yenilməyən insanların şəxsi təcrübələrini bölüşərək, başqalarını bu ağır mübarizədə ruhlandırmaq və dəstək olmaqdır:

“Bu kampaniya çərçivəsində xərçəngə yenilməyən insanlar öz mübarizə hekayələrini, xəstəlikdən öncə və sonrakı şəkillərini paylaşaraq digər xərçəng xəstələrini də ruhdan düşməməyə və mübarizəni davam etdirməyə səsləyiblər. “Xərçəngə yenilməyərək” adlı kampaniya facebook sosial şəbəkəsində istifadəçilərin çox böyük marağına səbəb olub.

Yeniçağ.az

www.yenicag.az

501
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv