yenicag.az

Xəstənin sağlam ayağını kəsən həkimlə bağlı cinayət işi açıldı

Xəstənin sağlam ayağını kəsən həkimlə bağlı cinayət işi açıldı

Müəllif: Redaktor

Editor

ab5c86f8299d15edc9839d205c5İyunun 24-də uzun müddət diabed xəstəliyindən əziyyət çəkən 1929-cu il təvəllüdlü Bakı şəhər sakini Məmmədova Tərlan Həsən qızının Səhiyyə Nazirliyinin “Xüsusiləşdirilmiş Angioloji Mərkəz” ində həkim-cərrah Kərimov Valeh Ağalələ oğlu tərəfindən cərrahiyə əməliyyatı olunarkən sol ayağı amputasiyası edilməli olduğu halda, sağ ayağı amputasiya edilməklə sağlamlığına ağır zərər vurulmasına dair Yasamal rayon prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.

Bakı şəhər prokurorluğundan verilən xəbərə görə, araşdırma zamanı toplanmış materialda T.Məmmədovanın sağlamlığına ehtiyyatsızlıqdan ağır zərər vurma cinayətinin əlamətləri mövcud olduğundan fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 131.2-ci (ehtiyyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanmış və müvafiq ekspertizalar təyin edilib.

Eyni zamanda Səhiyyə Nazirliyi tərəfindən hadisə ilə əlaqədar xüsusi biliyə malik mütəxəssislər cəlb edilməklə yoxlamalar aparılır. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

 

Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti