!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Xeyr”çilərin 2019 planı: Ərdoğanın qarşısına Abdullah Gül çıxarılır

!Reklam – Yazi

Türkiyənin keçmiş dövlət başçısı Abdullah Gülün 2019-cu ildə keçiriləcək prezident seçkilərinə qatılacağı bildirilir.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, sözügedən seçkilərdə Abdullah Gülün indiki dövlət başçısı Rəcəb Tayyib Ərdoğana rəqib olacağı gözlənilir.

Bu barədə məlumatı “Türkiyə” qəzetinin yazarı Batuhan Yaşar “AKP-dəki mühüm fiqura” istinad edərək, öz köşəsində yayımlayıb.

Müəllif “Abdullah Gül “Xeyr”çilərin namizədidirmi?” adlı köşəsində Gülün ana müxalifət hesab olunan Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq lideri, millət vəkili Dəniz Baykalla görüşdüyünü vurğulayıb:

“Bizi siyasi baxımdan çox dinamik günlər, hətta aylar gözləyir. Söhbət mühüm hərəkətlilikdən gedir. Ssenarilər, təşəbbüslər, görüşlər Ankaradakı siyasi kulislərdə bir fəallıq yaradıb. Referendumda əldə edilən 48,6 faizlik göstəricinin “Xeyr” cəbhəsini cəsarətləndirdiyi görünür.

Kulislərdə nə baş verdiyinə baxarkən, çaşqınlıq yaradan bir məlumat əldə etdim.

Bilirsiniz, Abdullah Gülün oğlu Mehmet Emre Gül İngiltərədə magistraturada oxuyur. Xaricə gedərkən Sabiha Gökçen Hava limanında səs verdi. 2 səs verildiyi məntəqədə qutudan 2 “Xeyr” çıxdı.

Referendum prosesində Abdullah Gül “Xeyr” cəbhəsi ilə bir könül ittifaqı qurdu.

Aramızda bu haşiyəyə “Xeyr”, elə deyilmi?” söyləyənlər varmı?

Gəlin, bu yerdə AKP-dəki mühüm bir funksionerin dediklərinə baxaq:

– “48,6 faiz səs toplayıb cəsarətləndilər. Ekmeleddin İhsanoğlu kimi deyil, cəmiyyəti daha geniş miqyasda əhatə edən bir namizədlə seçkilərdə qalib gəlmək ehtimalının çox olduğunu düşünürlər”.

– Yaxşı, niyə AKP-dən çıxmış birinin namizədliyini düşünürlər?

– “Geniş kütlələrə bu şəkildə çıxa bilərlər. Mtayyib bəyin qarşısına böyük ehtimalla Abdullah Gülü çıxaracaqlar”.

– Abdullah Gül CHP-nin namizədi olacaq?

– “Yox. Onu hər hansı bir siyasi partiyanın namizədi kimi deyil, 100 min imza toplayaraq, “xalqın tələbi” kimi göstərəcəklər. Gülü bu formada ikinci tura keçirtməyi fikirləşirlər”.

– Bununla bağlı ortada bir söhbət var?

– “Bu istiqamətdə fəaliyyət var. Öz aralarında danışırlar”.

Yeniçağ.Az

www.yenicag.az

639
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv