Son bir neçə gündür ki, “Xəzər Lənkəran” klubunun yenidən fəaliyyətə başlayacağı mövzusu mətbuatın gündəmini zəbt edib. Hətta onun üçün danışıqlara belə başlandığı yazılıb. Məsələ ilə bağlı “XL”in mətbuat xidmətinin rəhbəri, hazırda “Palmali”nin Bakı ofisində çalışan Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq.

Yeniçağ.az-a danışan klub rəsmisi dedi:

“Hələ ki bununla bağlı heç bir yenilik yoxdur. Komandanın qayıdışı mart-aprel aylarına təsadüf edəcək. Klubumuzun sahibi Mübariz Mənsimov hələ ki bununla bağlı bizə heç bir tapşırıq verməyib. Ancaq M.Mənsimovun özü də mətbuata açıqlamasında bildirmişdi ki, “qayıtsaq, birbaşa yüksək liqaya qayıdacağıq”.

Yəni I divizionla yox… Ancaq hazırda özümüz də gözləmə mövqeyindəyik”.

“Xəzər Lənkəran” hazırda akademiya kimi fəaliyyət göstərir. Burada 3 azyaşlı qrup fəaliyyət göstərir.
Hamı bilir ki, hər şey göründüyü qədər də asan deyil. “Xəzər Lənkəran”ı özləri çempionatda görmək istəməyiblər”.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 257
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."