Xəzər Qarayev Putinin iştirak etdiyi foruma qatıldı-Foto

Müəllif: Redaktor

Editor

12202410_10206812022331881_1927358477_nVladimir Putin fəal vətəndaşların “İcma” adlı forumunda çıxış edib.

Forumda Hökümət, biznes, qeyri-ticarət təşkilatlarının, könüllü hərəkatlarının, gənclər və tələbələr birliyinin nümayəndələri də iştirak ediblər.
ASGA Rusiya nümayəndəliyinin icraçı direktoru Xəzər Qarayevdə forumda iştirak edib.

Xəzər Qarayev Rusiyanın İctimai palatası tərəfindən təşkil olunmuş və “Xalqlar Birliyi Günü”nə həsr edilmiş, RF-ın İctimai palatasının gənc təşəbbüskarçıların dəstəyi altında komissiyada yer alıb.
Xəzər Qarayevin verdiyi məlumata görə Müzakirələr bir neçə mövzuda keçrilib . ictimai idarəetmə, qeyri – ticarət sektoru ilə dövlətin əməkdaşlığı, millətlərarası əlaqələrin möhkəmləşdirilməsi və.s mövzular müzakirə olunaraq
forumun yekun qətnaməsində əlavə olunub və bu qətnamə eyni zamanda Rusiyada vətəndaş cəmiyyətinin vəziyyəti haqqında Dövlət başçısına İctimai palatanın illik məlumatına daxil ediləcək.

Qeyd edək ki Forumda Rusiya dövlət başçısı Vladimir Putin iştirak çıxış edib

Vladimir Putin: “Əgər biz hal-hazırkı günümüzdən elə də uzaqda olmayan tariximizə nəzər salsaq, onda bir daha əmin olarıq ki, biz bir olanda parlaq qələbələr əldə edirdik. Ayrılıb dağılanda isə, faciələrlə, milyon insanların əzabları ilə, yalançı dəyərlərlə, cinayət dolusu şöhrətpərəstlik və ümummilli bəla ilə qarşılaşırdıq.Ona görə də bizim fərqli olmağımıza baxmayaraq, özümüzü bütöv bir xalq hiss etməyimiz vacibdir.

Əziz dostlarım, mən əminəm ki, siz, bu zalda toplaşanlarlar və sizinlə birgə işləyən həmkarlarınız, əlinizdən gələni edəcəksiniz ki, bizim ölkədə insanlar daha yaxşı yaşasınlar. Hətta hansısa maliyyə dəstəyi olmasa belə. Çünki siz nəyi edirsinizsə, onu ürəyinizin səsi ilə edirsiz.
Təbrik edirəm sizi! Uğurlar!”


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir