Xəzərdə estakada aşıb, 10 neftçi itkin düşüb – SİYAHI

Müəllif: Redaktor

Editor

xezerBu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.

İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:

1. Zülfüqarov Güloglan – maşinist

2. Zülfüqarov Azay – operator

3. Qurbanov Vidadi – operator

4. Həsənov Elçin – mexanik

5. Hacıəliyev Həsənağa – operator

6. Qafarov İlham – operator

7. Əsədov Samir – operator

8. Bəhrəmov Cavid – operator

9. Abbasov Ramiz – maşinist

10. Rüstəmov Qorxmaz – operator

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və “Azneft” İB-nin rəhbərliyi hadisə yerindədir.

Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır