Xəzərdə meyiti tapılan neftçilərdən birinin nəşi sahilə gətirilib

Müəllif: Redaktor

Editor

estekadaNeftçi Qafarov İlhamın meyiti “Qaradağ 8” gəmisi ilə sahilə gətirilib.

Bu barədə “Report”a “Azneft” İB-dən bildirilib.

Onun meyiti Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal şöbəsinə aparılıb. Neftçinin meyiti bu gün ailəsinə təhvil veriləcək.

Qeyd edək ki, bu gün N. Nərimanov adına NQÇİ-də baş vermiş hadisə zamanı itkin düşmüş 10 nəfərdən birinin meyiti tapılaraq dənizdən çıxarılıb.Tapılan meyitin N. Nərimanov adına NQÇİ-nin 3 saylı neft-yığım məntəqəsinin əmtəə operatoru, 1958-ci il təvəllüdlü, Bakı şəhəri, Ələt qəsəbəsinin sakini Qafarov İlham Əlihüseyn oğluna aid olduğu müəyyən edilib.

Yenicag.az


Загрузка...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır