!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xəzərdə Rusiya gəmisi yanır – Yenilənib 2

!Reklam – Yazi

gemiiXəzər dənizində Rusiya Federasiyası bayrağı altında üzən gəmidə yanğın baş verib.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ilkin məlumata əsasən Xəzər dənizində sahildən təqribən 110 km məsafədə Rusiya Federasiyası bayrağı altında üzən “PALFLOT 2” gəmisində yanğın baş verib.

Fövqəladə Hallah Nazirliyinin Aviasiya dəstəsinin helikopterləri, Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” gəmisi və yaxınlıqda olan digər gəmilər hadisə yerinə cəlb edilib.

Əlavə məlumat veriləcək.

11:31
***
Xəzər dənizində yanan Rusiya gəmisində ölən var.

AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Rusiya Federasiyası bayrağı altında üzən “PALFLOT 2” tankerində baş verən yanğın nəticəsində bir ekipaj üzvü ölüb.

İlkin məlumata əsasən, ölən Qazaxıstan vətəndaşıdır. Göyərtədə olan18 nəfərin təxliyə edildiyi bildirilir.

12:37
***
Xəzər dənizində Rusiya Federasiyası bayrağı altında üzən “PALFLOT 2” tankerində baş verən yanğının söndürülməsinə Azərbaycana məxsus üç gəmi və üç helikopter cəlb olunub.

www.yenicag.az

506
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv