yenicag.az

Xəzərin ekologiyasına mənfi təsir göstərən axarlar açıqlanıb

Xəzərin ekologiyasına mənfi təsir göstərən axarlar açıqlanıb

Müəllif: resul

Editor

xezerHövsan kanalı Xəzərdə çirkləndirici maddələrin miqdarının artmasına səbəb olub

“Hövsan kanalı vasitəsilə dənizə axıdılan tullantı suların keyfiyyət göstəricilərinin Xəzər dənizinə mənfi təsir göstərdiyini dənizdən götürülən su nümunələrinin təhlilləri bir daha sübut edir. Bu tullantı suları dənizə mənfi təsir göstərməklə yanaşı dənizdə çirkləndirici maddələrin miqdarının artmasına və su hövzələrində çirklənmə dərəcəsinin artaraq dəniz ekosisteminin növ tərkibinin, sayının, biokütləsinin azalmasına və məhvinə zəmin yaradır”. Bu Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin aylıq bülletenində öz əksini tapıb.

Bülletendə bildirilib ki, Hövsan kanalı Bakı şəhəri ərazisindən Xəzər dənizinə ən çox təmizlənməmiş tullantı suları axıdan axarlardan biridir: “Kanal vasitəsi ilə axıdılan tullantı suları “10-cu qovşaq” adlanan sahədə neftdən təmizlənərək dənizə axıdılır. Mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmayan Zabrat-1, Zabrat-2, Sabunçu, Ramanı, Suraxanı və Binə qəsəbələrində formalaşan tullantı sularının bir hissəsi də təmizlənmədən və zərərsizləşdirilmədən Hövsan kanalı vasitəsi ilə Xəzər dənizinə axıdılır. Hövsan kanalına “Balaxanı Oil Company” və “AzGerneft” MMC kimi neftçıxarma müəssisələrinin tullantı suları, eləcə də “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə məxsus olan 12 saylı nasosxana vasitəsi ilə səviyyənin tənzimlənməsi üçün Böyükşor gölündən götürülən su axıdılır.
Hövsan kanalı vasitəsilə təmizlənmədən və zərərsizləşdirilmədən gün ərzində Xəzər dənizinə axıdılan tullantı sularının həcmi 100 min m3-ə yaxındır. Kanalın qapalı kanal formasına salınması və dənizə çıxışı qarşısında Bioloji Təmizləyici Qurğunun tikilməsi nəzərdə tutulsa da, ancaq 4 km-ə yaxın hissəsi qapalı formaya salınmış, qalan hissəsi isə açıq formadadır. Kanalın dənizə töküldüyü yerdə təmizləyici qurğunun tikintisi barədə hələ də heç bir tədbir görülməyib. Xəzər dənizinin ekoloji tarazlığının bərpasına yönəldilən bu tədbir yerinə yetirilmədiyindən tullantı sularının təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdılması davam etdirilir”.

“Hövsan kanalının ətraf sahələrində yerləşən müəssisələrdə və yaşayış massivlərində formalaşan tullantı sularının təmizlənmədən və zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılması ekoloji vəziyyətinin daha da gərginləşməsinə səbəb ola bilər. Hövsan kanalının ətraf ərazilərindəyerləşən Zabrat-1, Zabrat-2, Sabunçu, Ramanı, Suraxanı və Binə qəsəbələrində formalaşan tullantı sularının adıçəkilən axara axıdılmasının qarşısı alınmalıdır” – deyə bülletendə qeyd olunub.(APA)

Yenicag.az

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti