!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

XİN başçılarının danışıqları qapalı olacaq

!Reklam – Yazi

Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqları ənənəvi olaraq qapalı keçiriləcək.

APA-nın verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, sabahkı görüşün protokol hissəsi açıq olacaq: “Nazirlərin danışıqları təbii ki, medianın iştirakı olmadan keçiriləcək. Lakin bu o demək deyil ki, danışıqlar prosesində nəsə gizli saxlanılır. O ki qaldı nazirlərin daha sonra mətbuat konfransı keçirib-keçirməyəcəklərinə, bu barədə heç nə deyə bilmərəm. Yəqin nazirlər öz aralarında razılaşandan sonra müvafiq addım atılacaq”.

Yeniçağ.az

www.yenicag.az

572
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv