“İşğal olunmuş ərazilərə səfər etmiş Avropa Parlamentinin deputatı Yaromir Ştetinanın Azərbaycana qarşı açıqlamaları milli və dini zəmində təfriqətçiliyin artmasına xidmət göstərir”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Yaromir Ştetinanın ona qarşı açılmış cinayət işinə verdiyi şərhlərlə əlaqədar bildirib.

“Ştetina Avropa parlamentinin üzvü olaraq erməni lobbisinin maliyyə vəsaiti ilə fəaliyyət göstərir və birtərəfli şəkildə erməni lobbisinin təbliğatını həyata keçirir. O özünün bu fəaliyyəti ilə regionda vəziyyətin gərginləşməsinə və münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində mane olacaq xidmətlər göstərir. Stalinizm dövrünə toxunan Ştetinaya bildirmək istərdik ki, Ermənistanda olan hakim rejim mahiyyəti və əməlləri ilə Stalin rejimindən daha qəddar və terrorçu təbiətə malikdir. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın törətdiyi qanlı etnik təmizləmə, Xocalı soyqırımı o cümlədən 4 iyulda azyaşlı qız və onun nənəsinin öldürülməsi bunun bariz nümunələridir”.

Hikmət Hacıyev qeyd edib ki, Ştetina mənəvi çərçivələrdən kənar öz fəaliyyəti ilə rejimin təbliğatçısı qismində çıxış edir: “Törətdiyi bu kimi analoji əməllərə görə Ştetina üçün vətəndaşı olduğu Çexiyanın cinayət məcəlləsinə uyğun olaraq 10-18 ilə qədər cinayət məsuliyyəti nəzərdə tutulub”.

Hikmət Hacıyev əlavə edib ki, Azərbaycan milli və beynəlxalq hüquqi, o cümlədən ikitərəfli, dövlətlərarası beynəlxalq hüquqi vasitələrdən istifadə edərək Yaromir Ştetinaya, Frank Engel kimi deputatlara qarşı zəruri hüquqi təqib addımlarını bundan sonra da davam etdirəcək.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 14
Kateqoriyalar:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."