!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

XİN: Ermənilərin bayraq təxribatı araşdırılır

!Reklam – Yazi

1441560940_xin“Azərbaycanın “Eurovision” Milli Təşkilat Komitəsi ilə əlaqələndirilmiş şəkildə hazırda bu məsələ araşdırılır”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev ötən gün “Eurovision” mahnı müsabiqəsinin birinci yarımfinal mərhələsində Ermənistan təmsilçisinin Dağlıq Qarabağdakı separatçı rejimin bayrağını qaldırmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın mövqeyi “Eurovision” təşkilat komitəsinə çatdırılacaq: “Ermənistanın bu tip təxribatçı addımları qəbuledilməzdir. Ermənistan “Eurovision” mahnı müsabiqəsinin yaratdığı platformadan Azərbaycanın işğal olunmuş ərazilərində işğal, təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin təşviqi məqsədilə istifadə etməyə çalışıb. Belə bir təxribatçı addımın atılması “Eurovision” müsabiqəsinin təməl prinsiplərinə, onun ideyalarına tamamilə zidd xarakter daşıyır”.

www.yenicag.az

610
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv