www.sinerjipro.net

SinerjiProWide
Reklam

Uzun fasilədən sonra nəhayət ki, aprelin 27-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Qarabağ danışıqları ilə bağlı növbəti görüşü olacaq. Qeyd edək ki, Ermənistanda keçirilən parlament seçkilərinə qədər danışıqlar prosesində də sanki bir fasilə elan edilmişdi. Amma indi görünür, prosesə yenidən start verilib, özü də yenə də Kremlin təşəbbüsü ilə? Görəsən, XİN rəhbərlərinin bu görüşündən nə gözləmək olar?

Politoloq Elşən Mustafayev Yenicag.az-a açıqlamasında XİN rəhbərlərinin 27 aprel görüşündən ciddi heç nə gözləmədiyini bildirdi:

“Bir neçə gündən sonra XİN başçılarının Moskvada baş tutacaq bu görüşü əslində, Qarabağ probleminin diqqətdən kənarda qalmadığını nümayiş etdirmək üçün atılan bir görüşdür. Moskva görüşü də problemin həlli istiqamətində hansısa bir addımların atılmasına gətirib çıxartmayacaq. Məsələnin həllilə bağlı Azərbaycanın və ermənilərin nə istədiyini bilirik. Amma ermənilər öz mövqelərindən bir addım belə geri çəkilmək istəmir. Təbii ki, Azərbaycan da haqlı olaraq ədalətli mövqeyini ortaya qoyub. Artıq həmsədrlərin də işğalçı tərəfə təzyiq etmək niyyətindən uzaq olduğu bütün çılpaqlığı ilə ortalıqdadır. Son zamanlar fikir vermisinizsə, münaqişə ətrafında Xarici İşlər Nazirləri arasında görüşlərin keçirilmə məsafəsi də artıb.

Əvvəllər XİN rəhbərləri bir qədər tez-tez görüşdükləri halda, indi bu kimi təmaslara az hallarda rast gəlirik. Bu görüşlərdə də məqsəd sadəcə, münaqişə tərəflərinin ictimaiyyətinə prosesin diqqətdə olduğunu, işlərin getdiyini çatdırmaqdan ibarətdir. Bunu həmsədr ölkələr bir göstərici olaraq cəmiyyətə sırımaq istəyirlər. Problemin həlli Xarici İşlər Nazirlərinin görüşü ilə çözülən deyil. Görüş prezidentlər səviyyəsində olsaydı, onun hansı nəticə verib-verməyəcəyi barədə nəsə demək mümkün olardı. XİN rəhbərlərinin təmasları isə adi görüşlərdən başqa bir şey deyil. İkincisi, işğalçı Ermənistan açıq şəkildə bəyan edib ki, maraqları istədikləri şəkildə təmin olunmayana qədər problemin həllinə imkan verməyəcəklər. Sözsüz ki, arxalarında kimsə duracaqsa, yerlərində daha da bərk dayanacaqlar. Məsələ bundan ibarətdir”.

ELÇİN

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 45
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."