!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xınalıqda vəziyyət pisdir – AÇIQLAMA

!Reklam – Yazi

b52978ac0fed1476779923“Hal-hazırda Xınalıqda vəziyyət pisdir. 50 sm-ə qədər qar yağıb. Buna baxmayaraq, məktəblər fəaliyyətini davam etdirir”. Bunu Modern.az -a açıqlamasında Qubanın Xınalıq kəndinin icra nümayəndəsi Nəsimi Məmmədov deyib.

O bildirib ki, kənddəki vəziyyətlə bağlı konkret olaraq əlaqə saxlayan yoxdur.

“Dünəndən başlayaraq kəndə yağış yağmağa başlayıb. Axşamdan yağışı qar əvəzləyib. Elektrik xəttində yaranan problem səbəbindən bir sutkadan çoxdur ki, kənddə işıq yoxdur. Hələ ki, yaranmış vəziyyətlə bağlı nə deputatlar, nə də digər səlahiyyətli şəxslər əlaqə saxlayıblar. Həm də Xınalığın yolları bərbad vəziyyətdədir. Hər yer qarla örtülüb. Qar yağdığından əraziyə texnika cəlb edilməsi mümkün deyil. Qar kəsən kimi ərazidə qardan təmizlənmə işləri aparılacaq”.

www.yenicag.az

543
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv