Xırdalan və Hökməli ışıqsız qalıb

Xırdalan və Hökməli ışıqsız qalıb

Müəllif: Redaktor

Baş Redaktor

Yanvarın 12-də Xırdalan Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisi olan Hökməli qəsəbəsini elektrik enerjisi ilə təchiz edən 10 kv-luq “Hökməli” hava elektrik verilişi xəttində, Xırdalan şəhərinin bir hissəsini elektrik enerjisi ilə təchiz edən 6 kv-luq “BQF” hava elektrik verilişi xəttində və 6 kv-luq “Saray №2” hava elektrik verilişi xəttində yenidənqurma işləri aparılacaq.

“Azərişıq” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, adıçəkilən ərazilərin elektrik enerjisi təchizatında bu gün saat 12.00-dan 15.00-a qədər qısamüddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC abonentlərindən üzr istəyir.

 

Yenicag.az

Xəbərlər, Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti