Xırdalanda azyaşlı eyvandan yıxıldı

Xırdalanda azyaşlı eyvandan yıxıldı

Müəllif: Redaktor

Editor

part7Xırdalanda 3 nəfərin ölümü ilə nəticələnmiş patlayışın baş verdiyi binada bu gün səhər saatlarında yenidən həyəcanlı anlar yaşanıb.

Səhər bina sakinləri arasında təşviş yaşanıb və səs-küyü ətrafa yayılıb. Bu səbəbdən binada yenidən partlayışın baş verməsi ilə bağlı şayiə yayılıb.

Məlum olub ki, bina sakinlərindən birinin azyaşlı övladı eyvandan yıxılıb. Körpə ciddi zədələnib və sudurğa keçirib. Bu da ətrafdakıların həyəcanına səbəb olub.

Qeyd edək ki, ötən ilin sentyabr ayında Xırdalan şəhəri 26-cı məhəllədə yerləşən sözügedən binada güclü partlayış baş vermişdi. Partlayış nəticəsində 3 nəfər həyatını itirmiş, 9 nəfər xəsarət almışdı. Onu da bildirək ki, bina beşmərtəbəlidir və burada məcburi köçkünlər məskunlaşıb(aznews).

Kriminal, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti