Ads by Google

hightechnic
Ads by Google

749e847869a90dda85d283a84aefe5dbFevralın 25-də ABŞ Konqresində Xocalı qətliamınahəsr olunmuş xüsusi tədbir təşkil edilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən AzVision.az-a bildirilib ki, “Xocalıya Ədalət” kampaniyasına dəstək çərçivəsində keçirilən tədbirdə ABŞ konqresmenləri və Konqresin əməkdaşları, ABŞ-ın ATƏT-in Minsk Qrupundakı həmsədri Ceyms Uorlik, diplomatik korpusun üzvləri, o cümlədən Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç, ABŞ-dakı Azərbaycan və türk icmaları, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak edib.

Çikaqo Amerika-Azərbaycan Cəmiyyətinin (Azerbaijani Center of Midwest America) prezidenti Mehriban Məmmədova çıxışında Xocalı qətliamının Azərbaycan xalqının qanlı yaddaşında buraxdığı izlərdən danışıb.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov qətliamın doğurduğu faciəvi nəticələdən söz açıb, bildirib ki, bu ağır qətliamın yad edilməsi əslində regionda sülhün tezliklə bərpa edilməsinin vacibliyini xatırladır. Səfir üzləşdiyi bütün acılara və haqsızlıqlara baxmayaraq, Azərbaycanın gələcəyə baxdığını vurğulayıb və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həllinin uzaq olmadığına ümid etdiyini söyləyib.

ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupun həmsədri Steve Cohen, Nümayəndələr Palatasının Avropa və Avrisiya üzrə alt-komitəsinin sədri Dana Rohrabacher, konqresmenlər Henry Cuellar və Donald Payne öz nitqlərində ilk növbədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etdiyini bildirib və ABŞ tərəfindən bu münaqişənin nizamlanması üçün daha fəal səylərin göstərilməsinin vacibliyini diqqətə çatdırıblar. Konqres üzvləri hər bir insan həyatının dəyərli olduğunu göstərərək, Xocalı qurbanları arasında böyük sayda qadın və uşaqların olmasının ayrıca üzüntüyə səbəb olduğunu ifadə ediblər.

Sonda Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi, xüsusilə Xocalı faciəsindən bəhs edən film göstərilib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 50
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."