“Xocalı ayı” keçirən türk radiosuna ağır hücum oldu

Müəllif: Baş Redaktor

Baş Redaktor

Siber-saldırı-Nasıl-Yapılır-Siber-saldırı-kimlere-yapılır-Siber-saldırılar-hang-nlülere-yapılmışTürkiyədə bu ayı dinləyiciləri üçün “Xocalı ayı” olaraq, elan edən “Yaşıl Qaradəniz” radiosuna xaker hücumu olub. Bu barədə Yenicag.az-a azərbaycanlı yazar Kəbutər Haqverdi məlumat verib. 

Onun sözlərinə görə, “Radio bu qərarı verdikdən sonra aparıcı Fatma Çengizə qarşı sosial şəbəkələrdə ermənipərəst qüvvələrin hücumu başladı. Həqarətlərə uğrayan aparıcı separatizmdə belə suçlandı. Ancaq buna baxmayaraq, Xocalı ilə bağlı mənim romanlarımın oxunması davam etdi. Müəllifi olduğum “Qar qan rəngindəydi” kitabımdan sonra “Cənnətdən sürgün” romanlarım oxunurdu. Artıq dörd gündür ki, radionun saytı xakerlər tərəfindən dağıdılıb və siber hücum elə güclü şəkildə davam edir ki, fəaliyyət göstərə bilmirlər. Sadəcə, xakerlərin erməni qruplar olduqları müəyyənləşdirilib”.

K.Haqverdi qeyd edib ki, radio bu mövqeyindən geri çəkilmək niyyətində deyil və onun romanları bitdikdən sonra da Azərbaycan mövzusu davamlı olaraq, işləniləcək.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır