Xocalı faciəsi ilə bağlı qanun layihəsi hazırlanır

Müəllif: Redaktor

Editor

mmxocali“Xocalı faciəsinin törədilməsindən 25 il ötür. Bununla bağlı yeni qanun layihəsi hazırlanır”.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova “Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimat mərasimində deyib.

MM-in sədr müavini “Xocalı faciəsi ilə bağlı ədalət məhkəməsinin təmin olunması” mövzusunda çıxış edib.

B.Muradova qeyd edib ki, soyqırıma məruz qalmış insanlarla bağlı yeni qanun layihəsi hazırlanır: “Nəzərdə tutuduğumuz qanun layihəsini Xocalı faciəsinin 25 illiyində ictimaiyyətə təqdim edə biləcəyik”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsinin hazırlanmasının vacib olduğunu vurğulayıb.

Deputat Azay Quliyev çıxışında bildirib ki, qanun layihəsinin hazırlanmasında əsas məqsəd ədalət mühakiməsinin təşkil edilməsidir.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır