!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xocalı faciəsi ilə bağlı sosial şəbəkələrdə geniş təbliğat kampaniyası keçirilir

!Reklam – Yazi

Xocalı faciəsi ilə bağlı sosial şəbəkələrdə geniş təbliğat kampaniyası keçirilir.

Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış Xocalı faciəsindən 25 il keçir. Ürəyində vətən sevgisi olan hər bir Azərbaycanlı 26 fevral – Xocalı soyqırımı günündə erməni silahlı qüvvələrinin xalqımıza qarşı törətdiyi vəhşiliklər və bu etnik təmizləmə ilə bağlı əsl həqiqətləri bütün dünyaya yaymağa çalışır.

“Report” xəbər verir ki, qanlı soyqırım aktının dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün həm Azərbaycanda, həm ölkə hüdudlarından kənarda yaşayan həmvətənlərimiz faciə ilə bağlı məlumat fotosunu paylaşırlar.

Ermənistan tərəfindən Azərbaycan şəhəri olan Xocalının işğalı nəticəsində 613 nəfər amansızlıqla qətlə yetirilmişdir. Onlardan 83-ü uşaq, 106-sı qadın, 70-i isə qoca olub. 76 nəfəri uşaq olmaqla, 487 nəfər yaralanıb, 1275 nəfər girov götürülüb və 150 nəfər itkin düşüb.

Yeniçağ.Az

www.yenicag.az

568
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv