Yazı İçi 468×60

xocali abs metbuatiAzərbaycanın Los Ancelesdəki baş konsulunun Xocalı soyqırımına dair məqaləsi ABŞ mətbuatında dərc olunub.

Bu barədə AzVision.az-a Konsulluqdan məlumat verilib.

Bildirlir ki, ABŞ-ın ən böyük yəhudi qəzetlərindən olan, Los Ancelesdə buraxılan “Jewish Journal” qəzetinin 19.02.2016-cı il tarixli sayında Xocalı soyqırımına dair geniş məqalə dərc olunub. Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev tərəfindən qələmə alınmış məqalə “Xocalıdakı müharibə cinayətinin günahsız qurbanlarını anarkən” başlığı daşıyır.

N.Ağayev məqalədə Xocalı qətliamı zamanı azərbaycanlıların məruz qaldığı vəhşiliklərdən bəhs edərək, bu soyqırımını müasir Avropa tarixinin ən dəhşətli faciələrindən biri adlandırır. Baş konsul, “Human Rights Watch” təşkilatının bu faciəni Ermənistan-Azərbaycan münaqişəsinin “ən böyük qətliamı” adlandırdığını bildirərək qeyd edir ki, bu gün Ermənistan prezidenti olan Serj Sarkisyan və müdafiə naziri Seyran Ohanyan Xocalı qətliamının törədilməsində birbaşa iştirak etmişlər.

Diplomat vurğulayır ki, Azərbaycanın apardığı ədalət mübarizəsi nəticəsində son illərdə artıq beynəlxalq aləm bu dəhşətli hadisənin öyrənilməsinə və tanınmasına böyük maraq göstərməkdədir. Bu səpkidə, baş konsul Meksikadan Sloveniyaya, Bosniya Herseqovinadan Peruya qədər müxtəlif ölkələrin, eləcə də ABŞ-ın onlarla ştatının Xocalı faciəsini qətiyyətlə pislədiklərini qeyd edir. Həmçinin, müəllif, İsrail prezidenti R.Rivlinin 2015-ci ildə BMT Baş Assambleyasındakı çıxışı zamanı Xocalı soyqırımının Holokostdan sonra dünyanın qarşısını ala bilmədiyi soyqırımlarından biri olmasını qeyd etdiyini diqqətə çatdırır.

Baş konsul, Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlamasına diqqət çəkərək, bir milyona yaxın azərbaycanlının öz yurd-yuvalarından didərgin salındığını qeyd edir. Diplomat, Ermənistanın apardığı işğalçılıq nəticəsində Azərbaycana ciddi ziyan dəyməsinə baxmayaraq, ötən illər ərzində ölkəmizin inkişaf edərək, yerləşdiyi regionun ən böyük iqtisadiyyatına sahib olduğunu bildirir. Bunun müqabilində isə, Ermənistanın zəiflədiyni və xarici yardımlardan asılı duruma düşərək öz suverenliyini və müstəqilliyini faktiki olaraq itirdiyini, 1991-ci illə müqayisədə əhalisinin az qala yarısının daimi olaraq Ermənistanı tərk etdiyini vurğulayır.

N.Ağayev qeyd edir ki, Ermənistanın bu dəhşətli cinayəti hər vəchlə inkar etməsinə baxmayaraq, Azərbaycan Xocalı qurbanlarına ədalət uğrunda mübarizəsini davam etdirir. Diplomat, bu səpkidə, ABŞ Konqresinin də bu ədalət mübarizəsinə qoşulmasının, xüsusi qətnamə qəbul edərək bu qətliamı pisləməsinin vacib olduğunu bildirir.

Qeyd edək ki, “Jewish Journal” qəzeti ABŞ-da internet vasitəsi ilə ən çox oxunan yəhudi nəşridir. Qəzetin internet versiyasının aylıq 4.5 milyon oxucusu var.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 33
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."