www.sinerjipro.net

SinerjiProWide
Reklam

xocali-550x400_cFevralın 26-da Azərbaycanın İrandakı səfirliyində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

Yenicag.az AzerTac-aistinadən bildirir ki, Ttədbirdə İranın Xarici İşlər Nazirliyinin əməkdaşları, Tehran ictimaiyyətinin nümayəndələri, ziyalılar və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Əvvəlcə Xocalı soyqırımı barədə sənədli film göstərilib.

Səfir Cavanşir Axundov çıxış edərək bildirib ki, Xocalı soyqırımını ermənilər planlı şəkildə və qəddarlıqla həyata keçirdilər ki, azərbaycanlılar qorxaraq Dağlıq Qarabağın işğalına müqavimət göstərməsinlər. Lakin erməni ideoloqlarının planları baş tutmadı. Ermənilərin insanlığa sığmayan terror aktları əhalini nəinki qorxutmadı, əksinə torpaqlarının işğalına qarşı mübarizəyə ruhlandırdı.

Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının 10 tankı, 16 zirehli transportyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla hücum edərək Xocalı şəhərini yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı, yandırıldı və insanlar xüsusi qəddarlıqla qətlə yetirildi. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılanlar çoxluq təşkil edirdi. Bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. 8 ailə tamamilə məhv edilmişdi. 487 nəfər şikəst olmuşdu ki, onlardan da 76-sı uşaqdır. Bundan əlavə, 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb.

C. Axundov nəzərə çatdırıb ki, bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət!” kompaniyası davam edir və dünyanın aparıcı dövlətlərində ermənilərin törətdikləri bu soyqırımı haqqında ictimaiyyətə obyektiv məlumatlar çatdırılır.

Sonra Türkiyənin İrandakı səfiri Rza Hakan Tekin, İranın xarici İşlər Nazirliyinin rəsmisi Bağban Kondori, səfirliyin əməkdaşı Ceyhun Bəşirov və başqaları çıxış edərək ermənilərin Türkiyədə, İranda törətdikləri soyqırımı aktlarından danışıblar.

Tədbirin sonunda ehsan süfrəsi açılıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 27
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."