Xocalının canlı şahidi Dürdanə Ağayevanın Türkiyədə kitabı nəşr edildi

Müəllif: Baş Redaktor

Baş Redaktor

 Xocalı soyqırımının yaşandığı gecə erməni terrorçularına əsir düşərək 8 gün əsarətdə qalmış Dürdanə Ağayevanın xatirələri İstanbulda çap edilib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Beynəlxalq Humanitar Yardım Təşkilatı İHH tərəfindən çap edilmiş “Ermeni zindanında sekiz gün” adlı 256 səhifəlik kitabın son bölümündə Xocalı soyqırımın əks etdirən fotolar öz əksini tapıb. “İHH-nın elm, təhsil və nəşriyyat məsələləri üzrə koordinatoru Əhməd Emin Dağ APA-ya açıqlamasında bu kitabın tarix üçün önəmli mənbə olacağını bildirib: “Dünya tarixində dövlətlər arasındakı münasibətlərdən danışarkən tarixi hadisələrə çox istinad edilir. Biz Qarabağ məsələsinin oradakı insanların yaşadıqları faciələr üzərindən dünyaya izah edilməsinin vacib olduğunu düşünürük. Xocalı qətliamının sağ qalan zərərçəkənlərindən Dürdanə xanımın xatirələrini çap etməklə, onun əzab-əziyyətlərini işıqlandırmaqla bundan sonra yazılacaq tarix kitabları üçün önəmli dəlillər verdiyimizə inanırıq. Türkiyə ictimaiyyətinin o faciəni öyrənməsi və o bölgəni yazan tarixçilər üçün önəmli bir sənəd olması baxımından “Ermeni zindanındakı sekiz gün” kitabını vaxtında çap etdiyimizi düşünürəm. Daha əvvəl Xocalıya dair iki beynəlxalq simpozium keçirmişik, Xocalı ilə bağlı məlumatları iki kitab halında çap etmişik. Bundan sonra da Qarabağ məsələsiylə bağlı çalışmalarımızı davam etdirəcəyik”.

Kitabı türkcə çapa filologiya elmləri namizədi Mayis Əlizadə hazırlayıb. Nəşriyyatdan verilən məlumata görə, kitaba jurnalist-yazar Aqil Ələsgər ön söz yazıb. /APA

b725b7870324117d1d15ac051ec533ccde86ce625e8d


3552dfc7b5e4628dba87faf3109cfaa7

8c4eb492a8a4eecf7c628219fc327729 12769358_540623516101149_387162664_n 12746314_540623726101128_187232878_n


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır