!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xoşbəxtlik naziri, 22 yaşlı Oxford məzunu… – BƏƏ-nin yeni qadın nazirləri

!Reklam – Yazi

67796Birləşmiş Ərəb Əmirliyi Nazirlər Kabinetinin yeni tərkibini açıqlayıb.

Budəfəki kabinetdə ən diqqətçəkən məqam gənc kadrlara, xüsusən də, qadınlara üstünlük verilməsi olub. Yeni nazirlərin orta yaş həddi 38-dir. Kabinetin 29 üzvündən 8-i qadındır.

Digər maraqlı məqam isə, yeni yaradılan Xoşbəxtlik Nazirliyi postu olub. Bu nazir postuna Ohood Al Roumi təyin edilib.

Şəmma Əl Mazrui Gənclərlə İş üzrə Dövlət Nazirliyinə rəhbərlik edəcək. 22 yaşlı nazir Oxford məzunudur.

Nura Əl Kaabi isə Federal Milli Şura üzrə nazir təyin edilib.

20 illik təhsil sahəsində təcrübəsi olan Jameela Salem Əl Muhairi Ümumi Təhsil naziri təyin edilib.

Üç uşaq anası olan Najla Əl Avar İctimai İnkişaf naziri seçilib.

Xatırladaq ki, yeni kabinetin tərkibini BƏƏ-nin vitse-prezident və baş naziri, Dubayın əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum tvitter hesabında elan etmişdi.

www.yenicag.az

590
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv