www.sinerjipro.net

SinerjiProWide
Reklam

Bu gün xristian dünyası Pasxa bayramını qeyd edir.

Yeniçağ.Az-ın məlumatına görə, Pasxa xristian dünyası üçün ən asam dini bayramdır və İsa peyğəmbərin dirilişinə həsr edilib.

Katoliklər, lüteranlar və pravoslavlar hər il Pasxa bayramını müxtəlif tarixlərdə qeyd edirlər, çünki bayramların tarixinin hesablanması prinsipləri fərqlidir. Nadir hallarda bütün xristianların bu bayramı eyni gündə qeyd etməsinə rast gəlinir.

Bu il Pasxa aprelin 16-da qeyd edilir və katoliklərin Pasxası ilə eyni vaxta düşür. İsa peyğəmbərin dirilməsi münasibətilə qeyd edilən Pasxanın qədim ənənələri var.

İlk Pasxanı qədim yəhudilər İsa peyğəmbərin mövludundan 1500 il əvvəl israillilərin Musa peyğəmbərin başçılığı ilə Misiri tərk etməsi münasibətilə bayram ediblər. Əhdi-ətiqdə Pasxa yəhudi xalqının Misir köləliyindən qurtulduğunu göstərir. “Pasxa” sözü qədim yəhudi dilində “çıxma”, “qurtulma” deməkdir.

Əhdi-Cədid — xristian Pasxası İsa peyğəmbərin çarmıxa çəkilməsindən və dirilməsindən sonra onun həvariləri tərəfindən müəyyən olunub və yeni məna kəsb edib. Pasxa ölüm üzərində qələbə bayramıdır.

Əhdi-Cədid Pasxası əvvəlcə xilaskarın ölümü haqqında xatirəyə həsr edilib. Bayramın vaxtı və mərasimləri xristian kilsəsi tərəfindən II əsrdə müəyyən edilib. Kilsə Pasxanın necə və nə vaxt bayram ediləcəyini yalnız V əsr üçün müəyyən edib, mərasim və qaydaları nizamlayıb və onları özünü ümumdünya məclislərində tam təsdiq edib. Xristian Pasxası İsa peyğəmbərin dirilməsi bayramıdır və yəhudilərin Pasxasından ayrı, mart gündönümünün ardınca gələn bədirlənmiş aydan sonra ilk bazar günü bayram edilir. Odur ki, Pasxa vaxtı hər il hesablanan keçici bayramdır.

Bu gündən əvvəlki bütün həftə Böyük və ya Ehtiraslı həftə adlanır. İsa peyğəmbər həvariləri ilə son şam yeməyindən sonra Gefsiman bağına gedərək, çarmıxa çəkilmənin əzablarından əvvəl təkbaşına ibadət etməyə başlayıb. Burada keşikçilər onu tutaraq məhkəməyə verib və o, çarmıxa çəkilib. Ehtiraslı həftənin son günləri barədə deyilir:

Böyük cümə axşamı — mənəvi təmizlənmə günüdür; Ehtiraslı cümə İsa peyğəmbərin əzabları, onun dəfni günüdür;

Böyük şənbə kədər və İsa peyğəmbərin dirilməsini gözləmək günüdür və nəhayət, İsa peyğəmbərin dirildiyi müqəddəs gün. Pravoslav slavyanların Böyük həftənin günlərinə həsr olunmuş çoxsaylı adətləri var. Xalq arasında “təmiz” adlanan Böyük cümə günündə hər bir pravoslav mənəvi cəhətdən təmizlənməyə, xüsusi ayini icra etməyə çalışır. Xalq həmin günü çayda, göldə çimərək günahlardan təmizlənir.

Elə həmin gün Pasxa süfrəsi üçün yumurta boyayırmışlar. Yumurta İsa peyğəmbərin mövludundan — Miladdan hələ xeyli əvvəl qədim xalqların dünyagörüşündə Kainatın rəmzi olub. Plutarx yumurtanı bütün təbiətin yaradıcısı adlandıraraq, onun tərifini göylərə qaldırıb. Xristianlıqda yumurta yeni məna kəsb edib. Yumurtaları boyamaq adətini Mariya Maqdalena ilə əlaqələndirirlər. Deyilənə görə, İsa peyğəmbərin dirildiyini öyrənən Mariya Maqdalena imperator Tiberinin yanına gəlib və “İsa dirildi!” sözləri ilə ona yumurta verib. İmperator buna şübhə içində deyib: “Ağ yumurtanın dönüb qırmızı olacağına inanmaq nə qədər çətindirsə, buna da inanmaq da bir o qədər çətindir. Həmin anda ağ yumurta dönüb qırmızı olub”.

Qırmızı yumurta dirilmə rəmzi, Pasxa rəmzidir. Yumurtadan yeni həyat yarandığı kimi, dünya da İsa məsihin dirilməsi vasitəsilə sanki yenidən doğulub. Qırmızı rəng dirilmənin sevinci rəngidir, bəşəriyyətin dirçəlməsinin, insanların “ilk günahdan” xilas olunmaları üçün işgəncəli ölümü qəbul etmiş İsa məsihin çarmıxa tökülmüş qanının rəmzidir. Hesab edilir ki, xeyirxah işlər günahlardan təmizlənməyə kömək edir. Məsələn, Rusiyada borcu olanları həbsxanalardan çıxarmaq üçün pul toplayırmışlar. Aztəminatlı adamlar quştutanlardan quşları satın alırmışlar ki, sonradan bu zəif məxluqları azadlığa buraxsınlar. Böyük şənbə günü Qüdsdə, İlahi Qəbir Məbədində ənənəvi olaraq bərəkətli alov yerə enib. 2017-ci ildə alovun bir hissəsi ilk dəfə ABŞ-a, habelə Rusiyanın onlarca şəhərinə, Riqa, Tallinn və Londona göndəriləcək. Bərəkətli alovdan alışdırılmış şam Bakıya da gətiriləcək.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 81
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."