Xudatda şərab sexində partlayış olub

Müəllif: Redaktor

Editor

436f48f1555241b62052550f04de3f1cXudat şəhərində partlayış qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə bu gün “Azərşərab” MMC-nin Xudat şəhərində yerləşən şərab sexində qeydə alınıb. Ümumi sahəsi 2000 kvadrat olan müəssisənin 100 kvadratmetrlik hissəsində olan partlayış nəticəsində müəssisənin bir divarı və yaxınlıqda yerləşən “Xudat” MMC-yə məxsus limonad sexinin 3 divarı uçub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Partlayışdan sonra əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunub. Partlayışın səbəbləri araşdırılır.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır