!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

XX əsrin misli görünməmiş qətliyamı XOCALI faciəsi – İran mətbuatında

!Reklam – Yazi

İranin mətbu orqanı olan “Fəcr Azərbaycan” qəzetinin 15 mart 2017-ci il tarixli nəşrində “Xocalı – Azərbaycan müsəlmanlarının faciəsi” başlığı ilə məqalə dərc olunmuşdur.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, məqalədə Xocalı faciəsi XXI əsrin görünməmiş, qeyri-insani və radikal hadisəsi kimi qeyd edilmişdir. Yazıda 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə ermənilərin hücumu ilə müdafiəsiz və köməksiz Xocalı sakinlərinin qəddarcasına öldürülməsi cinayətinin faktlar əsasında mərhum jurnalis Çingiz Mustafayev tərəfindən sənədli şəkildə sübut edilməsi əks olunmuşdur.

Məqalədə Xocalı şəhərinin əhalisinin bütünlüklə erməni işğalçıları tərəfindən yer üzündən silinməsi, 613 günahsız insanın qətlə yetirilməsi, 1275 nəfərin əsir alınması, yuzlərlə insanın yaralanması, bu cinayətin nəinki Azərbaycan miqyasında, bəlkədə bütün müsəlman aləmində törədilmiş ən böyük qırğın, bəşəriyyətə qarşı edilmiş dəhşətli cinayət kimi dəyərləndirilmişdir.

Qardaş ölkənin mətbuatında Xocalıda minlərlə müsəlmanın qətl edilməsi, əsir götürülməsi kimi faktların hələ də dünya birliyi tərəfindən hüquqi qiymətləndirilməməsi qınanmışdır.

Yeniçağ.az

www.yenicag.az

1258
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv