!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ya islahat, ya impiçment” – Poroşenko hansı yolu seçəcək?

!Reklam – Yazi

Ukrayna hakimiyyətini islahatlara məcbur etməyə çalışan Qərb dövlətləri “Saakaşvili kartı”ndan yararlanmağa çalışır.

Yenicag.az xəbər verir ki, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru, ölkəyə qayıtdıqdan sonra fəal sürətdə siyasi mübarizəyə qoşulan Mixael Saakaşvilinin yaratdığı “Yeni qüvvələr Hərəkatı”nın Kiyevdə təşkil etdiyi “İmpiçment uğrunda marş”, bu postsovet ölkəsində proseslərin mümkün inkişafına yönəlik marağı artırır.

Saakaşvilinin başladığı yeni fəallıq dalğasının tədricən güclənməsi Ukraynanın mövcud hakimiyyətinin baş verənlər fonunda hərəkətsizliyi ilə müşayiət olunmaqdadır. Bununla belə, Poroşenko hakimiyyətinin öz təmkinini hansı həddə qədər qoruyacağını söyləmək çətindir.

Ukraynada cərəyan edən son prosesləri Yenicag.az-a dəyərləndirən politoloq Natiq Miri bildirib ki, Qərbdən dəstək alan Saakaşvili bu hərəkatı ilə Poroşenkonu ciddi islahatlara vadar etmək istəyir. Poroşenko islahatlara getməyəcəyi təqdirdə, onun üçün impiçment təhlükəsi ciddiləşə bilər:

Natiq Cəfərli

“Ukraynada yeni siyasi proseslərin önündə gedən Saakaşvilini birbaşa dəstəkləyən, eyni zamanda hadisələri idarə edən güc mərkəzləri var. O güc mərkəzləri ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatda olan təsirli şəxslərin dəstəyilə yaradılıb.

Avropa Birliyinə daxil olan bəzi ölkələrdə də Saakaşvili ciddi dəstəyə malikdir. Bu dəstək olmasaydı, Saakaşvilinin Ukraynaya qayıtması, Kiyevdə davamlı etiraz aksiyaları təşkil etməsi və prezident Poroşenkoya qarşı impiçment təşəbbüsünü irəli sürməsi mümkün olmazdı.

Poroşenko da məhz bu məsələləri nəzərə alaraq hələlik Saakaşvilinin artan fəallığına dözmək məcburiyyətindədir. Sözsüz ki, seçkilər yaxınlaşdıqca, Saakaşvilinin bu istiqamətdə fəaliyyəti də xeyli intensivləşəcək. Çünki Saakaşvilinin tərəfdarları artıq paytaxt Kiyevdən başqa, regionlarda da ciddi təbliğat işləri aparırlar.

Onlar hakimiyyətə təzyiq göstərmək üçün Kiyevdə vaxtaşırı etiraz aksiyaları təşkil edirlər. Başlanmış hərəkatın mümkün siyasi nəticələrinə gəldikdə isə düşünürəm ki, bu barədə danışmaq hələlik tezdir. Çünki bu aksiyaların miqyası o qədər də geniş deyil.

Digər tərəfdən, Saakaşvilinin bu fəaliyyəti həmçinin Qərbin Poroşenko hakimiyyəti üzərində qurduğu təzyiq mexanizmidir. Bununla ABŞ başda olmaqla, Qərb dövlətləri Poroşenkonu islahatlar yönündə ciddi addımlar atmağa məcbur etməyə çalışırlar. Hər halda, Ukraynanı bürümüş korrupsiyanın səviyyəsi Qərbi çox narahat edir.

Ancaq Ukraynada korrupsiyanın aradan qaldırılması, islahatlar yönündə ciddi addımların atılması çox çətindir. Ona görə də, mövcud sistemin dağılması üçün Qərb Saakaşvili amilindən ciddi surətdə yararlanmaqdadır.

Belə görünür ki, Poroşenko radikal islahatlara gedərsə, onun impiçment məsələsi də arxa plana keçəcək. Yox, əgər ciddi islahatlar aparılmayacaqsa, o halda impiçment məsələsi də gündəmə gələcək”.

ELÇİN

www.yenicag.az

2122
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv