!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yandırılan müəllimin görüntüləri yayıldı – Video

!Reklam – Yazi

yanmue3lAğdam rayonunda həyat yoldaşı tərəfindən yandırılan orta məktəb müəlliminin xəstəxanada görüntüləri yayılıb.

Yenicag.az ARB TV-yə istinadən xəbər verir ki, 56 yaşlı Vəliyeva Kima Zaman qızı yanıq xəsarətləri ilə Ağdam rayon Xəstəxanasına daxil olub. Qadın həyat yoldaşı Vəliyev İsmayıl Bəndəli oğlu tərəfindən benzinlə yandırıldığını bildirib.

Aparılan araşdırmalar zamanı məlum olub ki, hadisə ərlə arvad arasındakı ailə münaqişəsi nəticəsində baş verib. Zərərçəkmiş K.Vəliyeva ilə həyat yoldaşı İ.Vəliyev arasında uzun müddətdir mübahisə yaşanır.

K.Vəliyeva həyat yoldaşını evdən qovmaq və onunla ayrılmaq istəyib. Həyat yoldaşının bu hərəkətinə əsəbiləşən İ.Vəliyev K.Vəliyevanın dərs vəsaitlərini yandırmaq istəyib. İ.Vəliyev kitabların üzərinə benzin töküb öd vurarkən K.Vəliyeva ona mane olmaq istəyib. Hadisə nəticəsində K.Vəliyevanın əlləri və ayaqları yanıb. Faktla bağlı araşdırmalar aparılır.

www.yenicag.az

468
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv