Yanmış binanın sakinləri Prezidentdən kömək istədilər

Yanmış binanın sakinləri Prezidentdən kömək istədilər

Müəllif: Redaktor

Baş Redaktor

yanan_bina (1)Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yanmış 16 mərtəbəli binanın zərərçəkən sakinləri ölkə Prezidentinə müraciət ediblər.

Sakinlərin verdiyi məlumata görə, onlar dəymiş ziyanın aradan qaldırılması ilə bağlı verilmiş rəsmi sərəncamın bəzi məmurlar tərəfindən yerinə yetirilməməsindən narazı qaldıqlarını və sənəddə nəzərdə tutulduğu kimi ev əşyaları ilə təmin olunmalarını istəyiblər.

“Hal-hazırda mənzillər təmir olunub, mebellə təhciz olunub. Amma soyuducu, kondisisoner, televizor, paltaryuyan maşın verilməyib və həmin əşyaların verilməsindən də imtina olunur. Halbuki, mənzillər yanarkan həmin əşyalar da sıradan çıxıb”.

Sakinlər deyirlər ki, 15 avqust 2015-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində baş nazirin birinci müavini Abid Şərifovun sədrliyi ilə keçirilmiş iclasda sakinlərin suallarına cavab olaraq ev əşyalarının onlara ayrılmım 20 min manat mənəvi təzminatla alınacağı bildirilib. Sakinlər isə etiraz olaraq deyiblər ki, həmin 20 min manat kompensasiyanı paltarlarına, yeməyə və sağlamlıq problemlərinə xərcləyiblər.

Müraciətdə Prezident İlham Əliyevdən xahiş olunur ki, yanan binadakı evlər ev əşyaları ilə tam təmin olunsun və onlara əlavə problemlər yaradılmasın.

Eyni məzmunlu müraciət Bakı Şəhər İcra Hakimiyyətinə və baş nazirin birinci müavininə də ünvanlanıb.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına
Binəqədi rayonu, Azadlıq pr. 200/36 yanmış bina sakinləri tərəfindən
Müraciət

Cənab Prezident!

Hadisədən dərhal sonra bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. Lakin Sizin verdiyiniz tapşırıqları yernə yetirməkdən boyun qaçıraraq, 15 avqust 2015 ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətndə Abid Şərifovun sədrliyi ilə keçirilən iclas zamanı bina sakinlərinin sualına cavab olaraq bildirildi ki, kondinsioner, televizor, soyuducu, yorğan-döşək və s. ev əşyaları bizə mənəvi təzminat kimi ödənilmiş 20 min manatla alınmalıdır.

O pul sakinlərə verildikdə mənəvi təzminat olduğunu bildirdiklərinə görə, sakinlər həmin pulu ailə üzvlərinin yeməyinə, geyiminə, sağlamlığına və s. xərcləyiblər.

Cənab prezident, sakinlərin bəzilərinin yanmış binadan götürdüyü müəyyən əşyalar var ki, onlar da su və güclü zəhərli tüstü nəticəsində tam yararsız hala düşüb.

Hörmətli prezident, xahiş edirik bizim ev və məişət əşyaları ilə təmin olunmağımıza kömək edəsiniz”(modern).

Cəmiyyət, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti