yenicag.az
yenicag.az

YAP-çı deputat belə aldadıldı – Cavid Qurbanova kələk gəliblər

YAP-çı deputat belə aldadıldı – Cavid Qurbanova kələk gəliblər

Müəllif: Baş Redaktor

Baş Redaktor

12171938_10205106079871266_1579833574_o123 saylı Kəlbəcər seçki dairəsindən YAP-ın dairədən namizədi “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov aldadılıb. Yenicag.az Vətəninfo.az-a istinadən xəbər verir ki, təbliğat-təşviqat kampaniyasına Cavid Qurbanov da ölkədəki mövcud KİV-ləri ilə əməkdaşlıq etməklə başlamaq istəyib. Amma… Amması budur ki,  “Azərbaycan Dəmir Yolları” QSC-nin işçisi olduğu qeyd edilən Həbib Misirov aranı qarışdırıb.

Redaksiyamıza bununla bağlı daxil olan məlumatda iddia edilir ki, Cavid Qurbanov ölkədəki KİV-də təbliğat-təşviqat kompaniyasının aparılması məqsədi ilə müqavilələrin bağlanması üçün yüksək məbləğdə pul verib. Bununla ölkədə gündəlik yüksək oxucu kütləsi olan media qurumları ilə müqavilələr bağlanması nəzərdə tutulurmuş.

Amma Həbib Misirovun “ara xəlvət, tülkü bəy”-misali Cavid Qurbanovu aldatdığı iddia edilir və o, “qaş aldığı yerdə vurub göz çıxardıb”. Yəni, KİV-də Cavid Qurbanovun təbliğat-təşviqat kampaniyası nəinki qurulur, əksinə deputatlığa namizədlə bağlı tənqidi yazılar KİV-də artır.

Belə olduqda isə Həbib Misirov Milli Məclisin bir neçə deputatının qapısını döyərək, onlardan Cavid Qurbanovla bağlı xəbərlərin çıxarılmasına kömək edilməsini xahiş edir. Fikrini də belə əsaslandırır ki, “bu yazıları nə qədər ki,Cavid müəllim görməyib, təcili çıxartdırmaq lazımdır. Ancaq həmin saytlar onu eşitmirlər”. İddialara görə, millət vəkilləri də Həbib Misirovun Cavid Qurbanovdan təbliğat-təşviqat kampaniyası üçün pul alındığından xəbərsiz olduqlarından tanıdıqları KİV rəhbərlərindən tənqidi yazıların çıxarılmasını xahiş edirlər.

Maraqlıdır, görəsən deputatlığa namizəd Misirovu yanına çağıraraq “Hanı təbliğat-təşviqat kampaniyamızda gördüyümüz işlərin işıqlandırılması üçün KİV ilə müqavilələr” soruşubmu? Yəqin ki, bu məlumatın yayılmasından sonra, cənab Qurbanov Həbib Misirovdan bu suala cavab verməsin istəyəcək.

Onu da qeyd edək ki, Həbib Misirov eyni zamanda mətbuatda Ziya Məmmədovun əleyhinə yazı yazdıran şəxs kimi də tanınır. Cavid Qurbanovdan xəbərsiz şəkildə edilən bu addımın əsas məqsədi iki güc arasında ciddi nifaq salmaq və “media” adından rəisindən külli miqdarda pul qopartmaqdan ibarət olduğu vurğulanır.

Banner, Flaş, Aktual

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti