YAP-çı namizədlə bağlı şok məlumatlar

YAP-çı namizədlə bağlı şok məlumatlar

Müəllif: Redaktor

Baş Redaktor

236302Bununla üçüncü dəfə bəxtini sınayan Mirzəcan Xəlilov deputat Leyla Abdullayevanın bu seçkidə namizədliyini geri götürməsindən həvəslənib.

42 saylı Sumqayıt Seçki Dairəsindən millət vəkilliyinə namizəd olan M.Xəlilov xanım deputatın geri çəkilməsini yeni şans kimi qiymətləndirir.

M.Xəlilov “Azərsutəchizat tikinti” ASC-nin rəhbəridir. Dövlət torpaqlarını suvarma adı ilə bostan təsərrüfatını genişləndirən, büdcədən milyonlar çırpışdıran deputatlığa namizəd villalara sahiblənib. Seçicilər isə onu tanımır. Çünki ayrı-ayrı dairələrdə özünü sınayan M.Xəlilov mandate əldə edə bilməyib.

YAP-ın vahid namizədi olduğu halda öz təşəbbüsü ilə seçkiyə qatılan ASC rəhbərinin partiyadan xaric olunacağı da istisna deyil. YAP icra katbinini müavini Siyavuş Novruzov vahid siyahıdan kənar seçkiyə qatılan partiya üzvlərinin cəzalandırılacağını bəyan edib. Belələri partiyadan qovulacaq deyə YAP rəsmisi qeyd edib.

M.Xəlilov isə hakim partiyaya qarşı çıxaraq öz təşəbbüsü ilə namizəd olub. Sabirabad rayonunun Kovlar kəndində anadan olan Mirzəcan Xəlilov 2005-ci ildə 63 saylı Sabirabad I Seçki Dairəsindən deputatlığa namizəd olub.

Hakim Yeni Azərbaycan Partiyasının siyahısı ilə deputat olmaq istəyən M.Xəlilov sonradan məğlub olub. M.Xəlilov 2006-ci ildə 44 saylı Sumqayıt Seçki Dairəsindən namizəd olsa da, bu dəfə də deputat mandatı qazana bilməyib.

M.Xəlilovun tabe olduğu qurum “Azərsu” ASC-yə tabedir. 2006-cı ildə Sabirabaın içməli su təchizatı ilə bağlı milyonluq tenderin qalibi olmuş “Azərsutəchizat tikinti” ASC ilə bağlı korrupsiya iddiaları da olub. Lakin sonradan M.Xəlilovun təşkilatı yenidən tenderlərin qalibi olub. 2014-cü ildə sabiq deputatlığa namizəd M.Xəlilov Sabirabad rayonu ilə Kürdəmir rayonu arasındakı istifadəsiz olan 100 min hektarlarla ərazinin şoranlaşmadan yuyulması üçün tenderin qalibi olub.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin xətti ilə dövlət sifarişi olan tenderin qalibi olan M.Xəlilov həmin əraziləri şoranlaşmadan təmizləyərək özü üçün bostan sahəsinə çevirib. Sabirabad rayondan olan sakinlər bu faktı təsdiqləyirlər.(tia.az)

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Araşdırma, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti