!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

YAP-ın prezidentliyə namizədi kim olacaq? - Fərqli mövqelər

!Reklam – Yazi

Ölkədə gələn il keçiriləcək prezident seçkilərində namizədin müəyyənləşdirilməsi məsələsinin hakim Yeni Azərbaycan Partiyasında (YAP) gərginliyə səbəb olacağı bildirilir.

Yenicag.Az xəbər verir ki, YAP təmsilçiləri 2018-ci il prezident seçkilərində hakim partiyanın mümkün namizədi ilə bağlı açıqlamalarında fərqli fikirlər yürüdürlər.

Qeyd edək ki, YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov partiyanın prezidentliyə namizədinin gələn il çağırılacaq qurultayında müəyyən olunacağını deyir.

Lakin ondan fərqli olaraq, YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə Yenicag.Az-a açıqlamasında əminliklə bildirib ki, partiyanın qurultayında İlham Əliyevin prezidentliyə namizədliyi növbəti dəfə də irəli sürüləcək.

Maraqlıdır ki, bu məsələ YAP daxilində hələ tam aktuallıq qazanmasa da, müxalifət düşərgəsi hakim partiyanın gələnilki seçki planlarını diqqətlə izləyirlər.

İqtidarın 2018-ci il hazırlıqlarını müşahidə və təhlil edən müxalifət təmsilçiləri hakim siyasi qüvvənin gələnilki seçkilərə başqa namizədlə qatılacağı qənaətindədir. Onların fikrincə, aparılan ciddi struktur dəyişiklikləri I vitse-prezident Mehriban Əliyevanın hakimiyyətin prezidentliyə namizədi olacağı qənaətini gücləndirir.

Bu barədə Yenicag.Az-a danışan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, hakimiyyətin gələnilki seçkilərə İlham Əliyevdən fərqli namizədlə qatılmaq ehtimalı komanda daxilində və YAP-da açıq müşahidə olunan gərginlik doğurub:

“YAP-ın daxilində baş verənlər və bu partiyanın prezidentliyə namizədinin kimliyi haqqında danışmaq bəlkə də siyasi etika baxımından düzgün deyil. Lakin bu məsələnin həm YAP daxilində, həm də haklimiyyətin içində yaratdığı ovqat bəzi məqamlar haqqında danışmaq zərurəti yaradır.

YAP-çı deputatların prezidentıiyə namizədlərinin kimliyi haqqında indi dedikləri o qədər də əhəmiyyətli deyil. Məşhur bir deyimdə qeyd olunur ki, diplomatlar fikirlərini açmaq yox, gizlətmək üçün danışırlar. Onların söylədiklərinə də bu aspektdən yanaşmaq lazımdır.serdar

Müşahidələr göstərir ki, hakimiyyətin 2018-ci il seçkilərinə başqa namizədlə – konkret desək, I vitse-prezident Mehriban Əliyevanın namizədliyi ilə qatılması ehtimalı güclüdür. Əslində, YAP-da, hakimiyyətin daxilində də müəyyən gərginlik məhz Mehriban Əliyevanın bu təyinatından sonra yaranıb.

Eyni zamanda, böyük dövlətlərin də onun bu vəzifəyə təyinat almasına müəyyən reaksiyalar verilib. Məsələn, Rusiya bu təyinatdan narazı qalıb və bunu gizlətmir də.

YAP-da və hakimiyyətin içində müşahidə olunan gərginlik isə əlbəttə ki səbəbsiz deyil. Çünki hakimiyyətin də olmasa, 1-ci şəxsin dəyişməsi YAP-da və hakim komandada ciddi kadr əvəzləmələri ilə nəticələnəcək. Ona görə də bu gedişata indidən müəyyən müqavimət göstərilməkdədir”.

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

1254
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv